İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tələbə qızlar parkda yatdı - Çantalarını oğurladılar

Bakıda parkda yatan tələbə qızların çantasını oğurlayan şəxs hakim qarşısına çıxarılıb. Həbs edilən şəxs məhkəmədən azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, hadisə Nizami rayonunda, “Heydər Əliyev” parkında baş verib. Azərbaycan Texniki Universitetinin tələbəsi olan iki qız parkda skamyada oturaraq söhbət ediblər.

Onlar birlikdə Qubaya gedəcəklərmiş və bir neçə saat vaxt keçməsini gözləyirlərmiş. Bir müddət sonra ikisi də yatıb. Bunu fürsət bilən A.Mehbalıyev onlardan birinin bel çantasını götürərək oradan qaçıb.

Tələbə qızın çatnasında mobil telefonu, bank kartı, tələbə bileti və digər sənədləri olub. 23 yaşlı Mehbalıyev gün ərzində tələbə qızın bank kartından 700 manatdan çox alış-veriş edib. Əsasən tütün məhsulları alıb.

Şikayətdən sonra A.Mehbalıyev saxlanılıb və məsuıliyyətə cəlb edilib.

Məhkəmə istintaqı zamanı Mehbalıyev tələbə qıza dəymiş zərəri ödəyib. Tələbə də ondan şikayətçi olmayıb.

Həbs edilən Mehbalıyev barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və azadlığa buraxılıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR