Onlayn ictimai-siyasi qəzet
Rusiya bu gecə “Yars” tipli qitələrarası ballistik raketin "təlim-döyüş" məqsədli sınaq buraxılışını həyata keçirməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
İdarənin açıqlamasına görə, RS-24 “Yars” raketinin buraxılışı Rusiyanın Sverdlovsk vilayətində, Svobodnıy yaşayış məntəqəsi yaxınlığında baş tutacaq.
Məlumatda qeyd edilir ki, bu addım Rusiya tərəfindən Ukraynaya, eləcə də Avropa İttifaqı və NATO ölkələrinə qarşı nümayişkaranə təzyiq və qorxutma məqsədi daşıyır.
Xatırladaq ki, RS-24 “Yars” raketi üç mərhələli, bərk yanacaqla işləyən və 10 min kilometrdən çox məsafəyə uçuş qabiliyyətinə malik silah sistemidir.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ