İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali ATƏT-in Minsk Qrupunun fəaliyyətinə nə deyir? - Videosorğu

Son dövrlər bir sıra dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu ciddi-cəhdlə diriltməyə çalışdıqları müşahidə olunur. Reallıq isə ondan ibarətdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin həllinə heç bir töhfə verə bilmədi.

Əksinə, Azərbaycanın işğalla barışmasına ciddi-cəhdlər edildi, münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkün olduğu israrla bildirildi. Əgər Azərbaycan “ölü” dünyaya gəlmiş bu qurumun ümidinə qalsaydı hələ də torpaqlarımız işğal altında idi. Bu qurumun nümayəndələri isə hələ də heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər. Bəs görəsən, bu cəhdlər nəticə verəcəkmi? Azərbaycan vətəndaşlarının buna münasibəti necədir? Xalq necə düşünür, bu qurum ötən illərdə nəyəsə nail oldumu?

TV Müsavat reportyorları paytaxt sakinləri arasında bu mövzuda videosorğu keçiriblər.


Alim Liftiyev

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR