İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. İclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Növbəti iclasın mayın 22-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR