İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi Elton Con vida mahnısını oxudu - Beş illik turda 1 milyard dollar qazanıb

Əfsanəvi musiqiçi Elton Con 5 il fasilələrlə davam edən “Farewell Yellow Brick Road Tour” adlı konsert turnesini Stokholmdakı çıxışı ilə başa vurub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 76 yaşlı musiqiçin "Tele2 Arena"da özünün ən məşhur hitlərindən biri olan "Your Song" mahnısını ifa edib və deyib: "Son mahnı ilə gözəl Stokholmda, İsveçdə bitirdik".

 "İsveçdəki ilk konsertim 7 iyul 1971-ci ildə, yəni düz 52 il əvvəl olub", - deyə musiqiçi tarixi hadisənin şahidi olmaq üçün dünyanın o başından gələn pərəstişkarlarına üz tutub.

“Sizin qarşınızda oxumaq mənim üçün həyat mənbəyi idi, siz sadəcə əla idiniz, təşəkkür edirəm. Mən sizi heç vaxt unutmayacağam, uşaqlar. Çox konsert vermişəm, bunu necə unutmaq olar? Sən mənim beynimdə, ürəyimdə və ruhumdasan və mən sənə çox minnətdaram”, - deyə ser Elton Con bildirib.

50 ildən artıq bir müddətdə musiqi yazan, ekstravaqant geyimləri və eynəkləri ilə tanınan Elton Con 80-dən çox ölkədə 4000-dən çox konsert verib.

Stokholmda pianoçu və bəstəkar "bir daha qastrol səfərinə getməyəcəyini" təsdiqləyib, amma arabir çıxış edəcəyini istisna etməyib.

Elton 2018-ci ildə qastrol səfərinə çıxıb.

Koronavirus pandemiyasının yaratdığı fasiləyə baxmayaraq, o, cari tur ərzində 330-a yaxın konsert verib. Böyük Britaniyada sonuncu çıxış iyunun sonunda Qlastonberi musiqi festivalında olub.

Hələ bu ilin yanvarında, Elton Conun 278 konserti vermiş olduğu zamana olan məlumata görə, musiqiçi bu qastrollarda 817,9 milyon dollar pul qazanıb. Bununla Elton Con britaniyalı müğənni Ed Şiranın "The Divide Tour" rekordunu (776,4 milyon dollar) qırıb. İrlandiyanın "U2" rok qrupu "The 360 ​​Tour" (736,4 milyon dollar) ilə ödənişlərə görə üçüncü yerə yüksəlib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR