İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan və qonşu ölkələrin xarici işlər nazirləri arasında danışıqlar olub

Çinin şərqində yerləşən Anhoy əyalətinin Tunsi rayonunda Əfqanıstanın və onunla qonşu ölkələrin xarici işlər nazirləri arasında danışıqlar olub.

AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, görüş Əfqanıstana qonşu olan dövlətlərin xarici işlər nazirlərinin üçüncü konfransından sonra başlayıb. Görüşdə Əfqanıstanı ölkənin müvəqqəti hökumətində “Taliban” hərəkatı tərəfindən xarici işlər naziri təyin edilən Əmir Xan Mottaki təmsil edib.

Buna paralel olaraq, Pakistan, ABŞ, Çin və Rusiyanın iştirakı ilə xüsusi nümayəndələr səviyyəsində Əfqanıstan üzrə genişləndirilmiş “üçlüyün” növbəti iclası keçirilib.

Tədbir çərçivəsində Əfqanıstan məsələsinə dair Çin, ABŞ və Rusiya üçtərəfli məsləhətləşmələr mexanizmi üzrə genişlənmiş formatda görüş də təşkil olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR