İnsanlara hürriyət, millətlərə istiqlal!

Efiopiya polisi həbsxanadan qaçan 400-dən çox məhbusu axtarır

Efiopiya polisi və təhlükəsizlik qüvvələri ölkənin cənubundakı Bule-Hora şəhərində həbsxanadan kütləvi şəkildə qaçan üsyançı qrupların üzvləri də daxil olmaqla 480-ə yaxın məhbusu axtarır.

“Report” xəbər verir ki, bu barədə “BBC” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Yanvarın 8-də silahlı qrup həbsxanaya hücum edərək 5 mühafizəçini öldürüb. Nəticədə həbsxanada saxlanılan bütün məhbuslar qaçıblar.

Onlardan neçəsinin tutularaq saxlanma yerinə qaytarıldığı barədə məlumat yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR