İnsanlara hürriyət, millətlərə istiqlal!

Xorvatiya klubu Azərbaycan yığmasının üzvünü aldı- 200 minə

Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.

“Səbail” yarımmüdafiəçini “Varajdin” klubuna satıb.

I Liqaya düşən Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb.

Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı.

Xatırladaq ki, “Varajdin” Konfrans Liqasında mübarizə aparır. Xorvatlar iyulun 24-də II təsnifat mərhələsinin ilk oyununda Portuqaliya “Santa Klara”sını qəbul edəcək./Qafqazinfo.az/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR