İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR

Real TV-nin baş direktoru, tanınmış jurnalist Mirşahin Ağayev Xankəndidən yayımlanan müəllif verilişində bir çox mətləblərə aydınlıq gətirib, sensasion açıqlamalarla çıxış edib.

Musavat.com məlumat üçün bildirir ki, artıq 3 gündür ki, Qarabağda III Şuşa Qlobal Media Forumu keçirilir. Forumun açılışında Prezident İlham Əliyev də iştirak edib.

Xankəndidə Konqres Mərkəzində baş tutan açılış tədbirində Azərbaycan prezidenti medianın rolundan da danışaraq bildirib:

“Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan mediası artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır.

Mirşahin Ağayev verilişində bu xüsusları önə çəkərək ona qarşı və ümumən Azərbaycan mediasının əsas simalarına qarşı olan təxribat xarakterli məlumatlardan danışıb.

O, eyni zamanda bu günlərdə Xural Tv-nin rəhbəri Əvəz Zeynallının səsləndirdiyi bəzi məsələlərə də aydınlıq gətirib.

Musavat.com verilişdən həmin hissəni təqdim edir:



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR