İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən yaşlı körpəsi 31 yaşında dünyaya gəldi

ABŞ-də yaşayan Lindsey və Tim Pirs cütlüyü 31 il əvvəl dondurulmuş embriondan doğulan körpələri Thaddeus Daniel Pirs-i iyulun 26-da qarşılayıblar.

Musavat.com xəbər verir ki, bu qeyri-adi doğum nəticəsində Thaddeus “dünyanın ən yaşlı körpəsi” adını qazanıb.

Valideynlər açıqlamalarında bildiriblər ki, məqsədləri heç də rekord qırmaq olmayıb.

Ana Lindsey MIT Technology Review jurnalına müsahibəsində deyib:

“Sadəcə uşaq sahibi olmaq istəyirdik. Doğuş çətin keçdi, amma ikimiz də yaxşıyıq. Bu qiymətli körpəyə sahib olduğumuz üçün çox xoşbəxtik”.

Thaddeusun embrionu 1990-cı illərin əvvəllərində, Linda Archerd və onun o zamankı həyat yoldaşı üçün tətbiq olunan süni mayalanma (IVF) müalicəsi zamanı yaradılıb.

Cütlüyün həmin vaxt əldə etdiyi dörd embriondan yalnız biri istifadə olunub və ondan bir uşaq doğulub. Digər üç embrion isə dondurulmuş şəkildə saxlanılıb.

Boşandıqdan sonra bu embrionların hüquqi və tibbi məsuliyyəti Linda Archerdə keçib.

Lindsey və Tim Pirs cütlüyü uzun illər ərzində övlad sahibi olmaq üçün müxtəlif yollar sınayıblar. 7 illik sınaq və səbrdən sonra onlar embrion donorluğu proqramına müraciət edərək, bu “tarixi” hamiləliyə nail olublar.

Bu doğum həm tibb dünyasında, həm də ailə qurmaq arzusu ilə illərlə mübarizə aparan cütlüklər üçün ümid simvoluna çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR