İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən varlı ikinci insanı EVLƏNİR

Dünyanın ən varlı ikinci insanı, “Amazon” şirkətinin 61 yaşlı qurucusu Ceff Bezos və 55 yaşlı Loren Sançes yaxın zamanda rəsmi nikaha daxil olmağa hazırlaşır. 

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, cütlüyün İtaliyada evlənəcəyi məlum olub.

“People” jurnalının xəbərinə görə, məşhur cütlük bu yay Venesiyada nikah mərasimi keçirəcək. Sançes və Bezosun artıq toy dəvətnamələrini göndərməyə başladığı bildirilir.

Bundan əvvəl cütlüyün iyun ayında “Koru” adlı 500 milyon dollarlıq yaxtada evlənəcəyi iddia olunub.

Qeyd edək ki, Ceff Bezos daha əvvəl Makkenzi Skott ilə təxminən 25 il evli olub. Lakin 2019-cu ildə Bezosun Sançes ilə münasibətinin üzə çıxmasından sonra boşanıblar. Bezos və Skottun dörd övladı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR