İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən varlı adamı, nəhayət, evlənir

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı 61 yaşlı Ceff Bezos uzun müddətdir birlikdə olduğu sevgilisi 55 yaşlı Lauren Sançezlə evlənir.

Cütlük bu yay Venesiyada (İtaliya) toy edəcək.

Sançez və Bezosun artıq toy dəvətnamələrini göndərməyə başladığı bildirilir.

Qeyd edək ki, milyarder və sevgilisi 2019-cu ildən birlikdədir.

Xatırladaq ki, Bezos daha əvvəl Makkenzi Skottla evli olub. Onların 25 illik evliliyindən dörd övladı dünyaya gəlib. Ayrılığa səbəb Bezosun ona L. Sançezlə xəyanət etməsi olub.

Boşandıqdan sonra Bezos keçmiş xanımına "Amazon" səhmlərinin bir hissəsini verib, bu da Skottu dünyanın ən zəngin qadınlarından biri edib.

L. Sançez isə iki dəfə ailəli olub. Onun üç övladı var./qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR