Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Uplifers adlı veb-saytın apardığı araşdırmaya əsasən, dünyanın ən romantik şəhərləri siyahısında dörd şəhər Türkiyədən yer alıb. Siyahının ilk üç sırasında Türkiyədən şəhərlər yerləşir.
Dünya üzrə hər il keçirilən sorğular və araşdırmalar romantikanın simvolu olan şəhərləri müəyyən etməyə davam edir. Bu sorğulardan biri də Uplifers veb-saytı tərəfindən həyata keçirilib və dünyanın ən romantik 10 şəhəri müəyyənləşdirilib. Bu siyahıya romantik atmosferləri, özünəməxsus mənzərələri və tarixi abidələri ilə seçilən şəhərlər daxildir. Hələlik Azərbaycansan heç bir şəhər bu siyahıda yoxdur.
Uplifers-in sorğusuna əsasən, siyahının birinci pilləsində Türkiyənin möhtəşəm gözəllikləri ilə tanınan Kapadokya yerləşir.
Siyahıdakı digər şəhərlər də romantikanın müxtəlif çalarlarını və rənglərini əks etdirir. Avropadan Asiyaya qədər geniş bir coğrafiyada, hər bir şəhər ziyarətçilərə öz unikal hekayəsini təqdim edir. Bu şəhərlər, tarixi və mədəni zənginlikləri ilə yanaşı, təbii gözəllikləri ilə də cütlüklərə xitab edir.
Ən romantik 10 şəhər
Kapadokya
Kapadokya, unikal təbiət mənzərələri, yeraltı şəhərləri və isti hava şarları ilə yalnız Türkiyənin deyil, dünyanın ən romantik istiqamətlərindən biri kimi tanınır. Burada gün doğumu zamanı şar uçuşu, tarixi mağara otellərində qalmaq və dar küçələrdə gəzinti cütlüklər üçün unudulmaz təcrübələr təqdim edir.
Uludağ
Qış turizminin əsas mərkəzlərindən biri olan Uludağ, cütlüklər üçün romantik bir qaçış nöqtəsidir.
Bozca ada
Tarixi toxuması, üzüm bağları və sakit çimərlikləri ilə Bozca ada, sakit və romantik bir tətil üçün idealdır.
Paris
Paris, “Sevgi şəhəri” olaraq tanınır və romantik deyəndə dünyada ilk ağla gələn yerlərdən biridir. Seine çayı boyunca romantik gəzintilər, Eyfel qülləsindən günbatımı izləmək və ya Louvre muzeyində sənətin sehrinə düşmək cütlüklər üçün mükəmməl təcrübələr təqdim edir.
Roma
Roma, tarixin və romantikanın iç-içə olduğu ən heyranedici şəhərlərdən biridir. İtaliyanın paytaxtı olan Roma, “Aşk Çeşməsi” olaraq tanınan Trevi Çeşməsində arzular diləməklə məşhurdur.
Venesiya
Kanalları, gondolları və tarixi memarlığı ilə Venesiya dünyanın ən romantik şəhərlərindən biri hesab olunur. Bu unikal şəhər su yolları ilə qlobal miqyasda fərqlənir.
Brüj
Belçikanın ən yaxşı qorunan orta əsr şəhərlərindən olan Brüj, “Şimalın Venesiyası” olaraq adlandırılır. Kanalları və tarixi atmosferi ilə cütlüklər üçün sakit və romantik bir mühit təqdim edir.
Praqa
Praqa, Orta Avropanın mirvarisi olaraq tanınır və yüzyıllardır romantikanın simvoludur. Qotik və Barok üslublu memarlıq şəhəri romantik cütlüklər üçün cazibədar edir.
Santorini
Egey dənizində yerləşən Yunan adası Santorini, ağ rəngli evləri və sonsuz dəniz mənzərəsi ilə romantik səyahətlərin ən populyar məkanlarından biridir.
İstanbul
İstanbul, həm Asiya, həm də Avropa qitələrinə yayılan unikal mövqeyi ilə dünyanın ən romantik şəhərlərindən biridir. Tarixi, mədəni zənginlikləri və möhtəşəm Boğaz mənzərələri ilə cütlüklərə sonsuz romantik imkanlar təqdim edir.
Boğazda gəmi gəzintisi, Qalata Qülləsindən şəhərə baxış və ya Pierre Loti təpəsindən Haliç mənzərəsini izləmək İstanbulda unudulmaz anlar yaşamağın yollarından yalnız bir neçəsidir.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ