Onlayn ictimai-siyasi qəzet
Türkiyə dünyanın ən güclü ordularına sahib ölkələr siyahısında ilk onluğa daxil olub.
Musavat.com “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Global Firepower” hərbi-analitika təşkilatı məlumat yayıb.
Təşkilatın hazırladığı "2025 Military Power Index" hesabatına əsasən, Türkiyə 145 ölkə arasında 9-cu yerdə qərarlaşıb.
İlk onluqda ABŞ, Rusiya, Çin, Yaponiya, Britaniya, Fransa, Cənubi Koreya və Hindistan kimi ölkələr də yer alıb. İlk onluğu İtaliya ordusu tamamlayır.
"Türkiyə artan daxili potensial hesabına imkanlarını genişləndirən və yüksəlişdə olan hərbi gücdür", - hesabatda Türkiyə haqqında qeyd edilir.
Türkiyə ordusunun ümumi hərbi heyəti 883 min 900 nəfər təşkil edir.
Bu rəqəmlər aşağıdakı kimi bölünüb:
Hesabat, Türkiyənin hərbi sahədəki daxili istehsal imkanlarının qlobal səviyyədəki gücünü artırdığına diqqət çəkir.
İqbal,
Musavat.com
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ