İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaca məşhur futbolçunun Azərbaycana vergi borcu yığıldı, "stop" qoyulur

"Sabah"ın sabiq futbolçusu Tiemoko Fofananın Azərbaycanda çıxışına məhdudiyyət qoyula bilər.

Bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.

Belə ki, Dövlət Vergi Xidməti futbolçunun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

Belə ki, futbolçunun hazırda 2880.77 manat vergi borcu yığılıb.

Məhkəmə işinə noyabrın 27-də hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, futbolçunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan afrikalı hücumçu Tiemoko Fofana 2021-ci ilin yanvarından bu ilin aprel ayına qədər "Sabah"da oynayıb.//İqtisadiyyat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR