Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.
Federasiyadan verilən məlumata görə, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub.
Gimnast bu nəticə ilə adını finala yazdırıb.
Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ