İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya əhalisinin 83 faizi qadınlara qarşı qərəzlidir

Dünyanın 60 ölkəsində respondentlərin (cins fərq etmədən) 83%-dən çoxu qadınlara qarşı qərəzlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının yeni araşdırması bu rəqəmləri üzə çıxarıb.

2017-2022-ci illərdə aparılan sorğulara əsasən, qadınların 81%-i, kişilərin isə 85%-i qadınlara qarşı qərəzli olduğunu açıqlayıb. Onlar siyasi, iqtisadi və təhsil sahələrində, eləcə də qadınların fiziki toxunulmazlığı sahəsində qərəzli münasibət bildiriblər. Hesabat müəllifləri keçən 10 il ərzində rəqəmlərin demək olar ki, dəyişməz qaldığına diqqət çəkiblər.

Sorğuda iştirak edənlərin təxminən yarısının düşüncəsinə görə, kişilər qadınlara nisbətən siyasi və biznes lideri rolunun öhdəsindən daha yaxşı gəlirlər. Təxminən 67% xanımların kişilər tərəfindən döyülməsinə haqq qazandırıb.

Sorğuda iştirak edən ruslar arasında hər 10 nəfərdən 9-u qadınlara qarşı qərəzli olduğunu bildirib. Rusların təxminən 70%-i siyasi və iqtisadi liderlik məsələsində üstün olduğunu dilə gətirib.

Yeni zelandiyalılar qadınlara qarşı ən açıq fikirlilər olaraq yadda qalıb - onların 72%-dən çoxunda qadınlara qarşı heç bir qərəz yoxdur. Tacikistanda respondentlərin 99,9%-i zərif cinsin nümayəndələrinə qərəzli münasibət sərgiləyib. Üstəlik, qadınlara qarşı tamamilə açıq fikirli olan bir kişi də tapılmayıb. Eyni göstərici Liviya və Nigeriyada da qeydə alınıb. Pakistanda heç bir qadın özü haqqında bütün qərəzli fikirləri rədd etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR