İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya BU GÖRÜNTÜLƏRDƏN danışır: “3 aydır ailəmdən xəbər yoxdur”

CNN İnternational-ın müxbiri Klarissa Uord Suriyada həbsxanada reportaj hazırlayarkən şok vəziyyətlə üzləşib.

Musavat.com xəbər verir ki, Əsəd rejiminin süqutundan xəbərsiz bir məhbus hələ də kamerasında kilidli tapılıb.

Adyalın altında gizlənən məhbusun sərbəst buraxıldığı və 3 aydan sonra ilk dəfə səmanı gördüyü anlar kameraya düşüb.

Jurnalist bu anı “20 ilə yaxın jurnalistika fəaliyyətində şahidi olduğu ən qeyri-adi məqamlardan biri” kimi xarakterizə edib.

Artıq nəzarət-buraxılış məntəqələri və həbsxanaların olmadığını, Suriyanın azad olduğunu deyən müxalifət qüvvələrinə: “ciddisinizmi?” - deyən məhbus təəccübünü bildirib.

Həbsdən çıxan məhbus: “3 aydır ailəmdən, övladlarımdan xəbər yoxdur” - deyib. O, rejimin kəşfiyyat qüvvələrinin onu sorğu-sual etdiyini və prosesdə fiziki zorakılığa məruz qaldığını açıqlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR