İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankından nikbin proqnoz: Gələn il qlobal inflyasiya 2,9 faiz olacaq

2024-cü ildə qlobal inflyasiya 3,5 faizə, 2025-ci ildə isə 2,9 faizə qədər yavaşlayacaq.

Musavat.com xəbər verir ki, bu proqnozla Dünya Bankı çıxış edib. Bankın ekspertlərinə görə, bu zəifləmə altı ay əvvəl proqnozlaşdırıldığı qədər əhəmiyyətli deyil. Nəticədə, bir çox ölkələrdə mərkəzi bankların əsas faiz dərəcələrini endirərkən ehtiyatlı davranmağa davam edəcəyi gözlənilir.

Qlobal faiz dərəcələrinin son onilliklərə nisbətən yüksək qalacağı, 2025-26-cı illərdə orta hesabla illik 4 faiz, 2000-2019-cu illərin orta göstəricisindən təxminən iki dəfə yüksək olacağı ehtimal edilir.

Dünya Bankının Baş iqtisadçısının müavini və Dünya Bankının proqnozlar qrupunun direktoru Ayhan Köse bildirir ki, dünyanın bütün regionlarında ərzaq və enerji qiymətləri aşağı düşsə də, əsas inflyasiya nisbətən yüksək olaraq qalır və eyni səviyyədə qalacaq: “Bu, əsas inkişaf etmiş ölkələrin mərkəzi banklarını faiz dərəcələrinin azaldılmasını gecikdirməyə sövq etmək, daha yüksək dərəcələri daha uzun müddətə saxlamaq, qlobal maliyyə bazarlarında şərtlərin sərtləşməsi və inkişaf etməkdə olan ölkələrdə artımın əhəmiyyətli dərəcədə yavaşlaması deməkdir."

Bank ekspertləri hesab edirlər ki, ABŞ ÜDM 2024-cü ildə 2,5 faiz, növbəti iki ildə isə 1,8 faiz artacaq. Avrozona iqtisadiyyatı isə bu il 0,7 faiz, 2025-ci ildə 1,4 faiz və 2026-cı ildə 1,3 faiz artacaq. Yaponiya üçün bu rəqəmlərin müvafiq olaraq 0,7 faiz, 1 faiz və 0,9 faiz, Çin üçün - 4,8 faiz, 4,1 faiz və 4 faiz, Türkiyə üçün – 3 faiz, 3,8 faiz və 4,3faiz, Braziliya üçün - 2 faiz, 2,2 faiz və 2 faiz olacağı proqnozlaşdırılır.

Dünya Bankı qlobal ticarətin 2024-cü ildə 2,5 faiz, növbəti iki ildə isə 3,4 faiz artacağını proqnozlaşdırır.

Həmçinin bu il neftin orta qiymətinin 84 dollar olacağı, 2025-ci ildə 79 dollara, 2026-cı ildə isə 78,1 dollara düşəcəyi gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR