İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Bankı Şimali Afrikada yoxsul insanları dəstəkləməyə çağırıb

Dünya Bankı Ukrayna ilə bağlı böhran nəticəsində Şimali Afrikada ərzaq qiymətlərinin bahalaşması fonunda region ölkələrindəki yoxsul insanları dəstəkləməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının inkişaf siyasəti üzrə direktoru Mari Panqestu Dubayda keçirilən Yaxın Şərq və Şimali Afrika üzrə konfransda region ölkələrinin əsas taxıl idxalının Rusiya və Ukraynadan olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Sudan, Misir, Tunis və digər ölkələrdə əhalinin qida rasionunun əsasını təşkil edən unun və çörəyin qiymətlərinin bahalaşması humanitar fəlakətlə nəticələnə bilər. Şimali Afrika ölkələrində əhalinin əksəriyyətinin yoxsulluq səviyyəsindən aşağı yaşadığını qeyd edən M.Panqestu əlavə edib ki, Livan və Yəməndə də vəziyyət acınacaqlıdır.

Dünya Bankı hesab edir ki, COVID-19 pandemiyası zamanı iqtisadiyyatları daha da zəifləyən Şimali Afrika ölkələrində davam edən və daha da dərinləşən böhran, ilk növbədə, əhalinin yoxsul təbəqəsinə mənfi təsir edib. Fevralın 24-dən bəri bu ölkələrin taxıl idxalı 34 faiz azalıb, qiymətlər isə 20-30 faiz arasında bahalaşıb. Digər tərəfdən, Sudan, Efiopiya kimi ölkələrdə silahlı münaqişələr və quraqlıq humanitar fəlakətə səbəb olub. Bu amilləri diqqətə çatdıran M.Panqestu region ölkələrinin hökumətlərini yoxsul insanları dəstəkləmək üçün proqramlar hazırlamağa və kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR