İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya azərbaycanlılarının "YAŞAT" Marafonuna dəstəyi- RƏQƏM AÇIQLANDI

"YAŞAT" Fonduna təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən də ianələr edilir.

Musavat.com xəbər verir ki, Fondun rəhbəri bu gün keçirilən hesabat konfransında ianə olunan məbləği açıqladı:

"Bu ilin may ayında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib. Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 AZN, 10 180.00 USD, 6 395.86 EUR, 34 117.32 TRY, 2 844.07 RUB, 2 975.00 GBP vəsait olmaqla ümumilikdə 1 042 609.29 AZN vəsait daxil olub. SMS ianə vasitəsi ilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 AZN vəsait toplanıb".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR