İnsanlara hürriyət, millətlərə istiqlal!

Dugindən ŞOK ÇAĞIRIŞ: Rusiyada müsəlman qadınlar hicablarına “Z” işarəsi taxsın

"Kreml ideoloqu" adlandırılan rus filosof Aleksandr Dugin bildirib ki, Rusiyaya dəstək nümayiş etdirmək istəyən müsəlman miqrant qadınlar hicablarına “Z” işarəsi taxmalıdır.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, əgər bir qadın ordunun yardımında iştirak edirsə, məsələn, pravoslav qadınlarla birlikdə kamuflyaj torları toxuyursa, ona hörmətlə yanaşılmalıdır.

“Yaxşı, siz İslamı qorumaq istəyirsiniz. Kifayət qədər yaxşıdır. Qəhrəman "Axmat"la birlikdə vuruşun və rus İslamı olun. Bizim adət-ənənələrimizə hörmət edin, biz də sizin adət-ənənələrə hörmət edək. Müsəlman qadın oturub pravoslav qadınlarla birlikdə sığınacaqlarımız üçün tor toxuyur. Bəs belə bir qadına kim söz deyəcək? Hər kəs baş əyəcək. Bu, onların işi deyil. Onlar miqrant deyillər, ruslardır, yəni yerin duzudurlar. Amma hicaba “Z” qoysunlar. Bilək ki, bu nəcib xanım rus toru toxuyub”, - Dugin deyib.

Onun bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR