İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay şokoladı uşaqlarda hiperaktivlik yaradır - Həkimdən XƏBƏRDARLIQ  

"Dubay şokoladı uşaqlarda hiperaktivlik yaradır".

Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev sosial şəbəkdə yazıb.

"Dubay şokoladı dəbdədir. Bütün şokoladlar kimi müsbət emosiyalar yaradır, amma ziyanı da az deyil. Tərkibindəki kibindəki kofein uşaqlarda hiperaktivlik yaradır",- deyə pediatr qeyd edib.

Xatırladaq ki, son vaxtlar Dubay şokoladı çpx məşhurlaşıb. Bu şokolad öz dadı və orijinal görünüşü ilə istehlakçıları cəlb edir. Püstə pastası və qızardılmış kadayıf xəmirindən istifadə edilərək hazırlanır, ona görə də məhsul şirniyyat həvəskarların sevdiyi xırtıldayan içliyə malikdir. 

Dadı sayəsində desert sosial şəbəkələrdə məşhurlaşıb. Bu şokoladın foto və videoları istifadəçilər arasında sürətlə yayılıb. 

Qeyd edək ki, bir çox insan belə şokoladın zərərli olduğuna inanır. Allergiya xəstələri, xüsusən də qoz-fındıqlara reaksiyası olanlar üçün təhlükəli ola bilər, çünki bu şokoladın tərkibində bunlar çoxdur. Dubay şokoladı yedikdən sonra digər insanlar da xoşagəlməz simptomlarla qarşılaşa bilərlər. Bu, qozun uzun müddət həzm olunması ilə əlaqədardır. Məhsul artıq çəkisi olan və ya piylənməyə meylli insanlar üçün tövsiyə edilmir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR