İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX rəisindən XƏBƏRDARLIQ: "Son illər transsərhəd cinayətinin..."

Son illər biz sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik ki, bu da öz növbəsində sərhəd təhlükəsizliyini təmin etmək üçün yeni yanaşma və həll yollarının axtarışını və tətbiqini aktual edir.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı deyib.

DSX rəisi əlavə edib ki, gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə hərtərəfli və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətkarlıq, o cümlədən beynəlxalq terrorizmlə, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qanunsuz materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir.

//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR