Onlayn ictimai-siyasi qəzet
Yanvarın 4-də Xətai rayonunda bir qrup idmançının xuliqanlıq əməli törətməsi barədə məlumat vermişdik. Bu barədə Daxili İşlər Nazirliyi də rəsmi məlumat verərək saxlanılanların olduğunu açıqlamışdı.
Musavat.com xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov və Ramal Aslanovun saxlanıldığı bildirildi.
Bundan sonra sosial şəbəkələrdə və mətbuatda idmançıların fotoları paylaşıldı. Həmin idmançılardan biri olan Elçin Hüseynovun əvəzinə başqa bir Elçin Hüseynovun fotoları dərc edildi.
Fotoları yayılan Elçin Hüseynov açıqlama verərək həmin davada iştirak etmədiyini bildirib. Ad və soy ad uyğunluğu olsa da fotolarının sosial şəbəkələrdə yayılmasına etiraz edib. Onu da bildirib ki, hadisəyə gec reaksiya verməsinin səbəbi yatması olub. Onu yuxudan oyadandan sonra bu hadisədən xəbər tutub, həm də fotolarını sosial şəbəkələrdə və saytlarda görüb.
Xatırladaq ki, adı çəkilən idmançılar DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etməkdə ittiham edilirlər.
F.Zeynalovun özünün də dediyinə görə Ramal Aslanovla aralrında ədavət olub. Buna görə də Ramal Aslanovun sifarişi ilə adı çəkilən idmançılar ona hücum edərək xəsarət yetiriblər.
R.Aslanov Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidentidir.
Musavat.com
@@TVmusavat/105404@@
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ