Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidentinin 22 iyun 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinə dəyişikliklər edilib.
Musavat.com xəbər verir ki, Fərmana uyğun olaraq Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər üzrə gəlir maddəsi 6 571 387,3 min manatdan 11 765 793,3 min manata qədər artırılıb, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 23 590,0 min manatdan 15 323,3 min manata qədər azaldılıb, ARDNF-nin valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər ilə bağlı gəlir maddəsi 1 590 905,4 min manatdan 3 752 026,1 manata qədər artırılıb, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər ilə bağlı gəlir maddəsi 4 307,8 min manatdan 3 600,6 min manata qədər azaldılıb.
Fərmana əsasən ARDNF-nin 2023-cü il üzrə büdcəsinin xərc istiqamətlərində Azərbaycanın 2023-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi üzrə xərc maddəsi 11 280 000,0 min manatdan 11 737 700,0 min manata qədər artırılıb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ