İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentindən Rusiyaya “çirkli bomba” xəbərdarlığı

Rusiya Ukraynaya qarşı nüvə silahı və ya “çirkli bomba”dan istifadə etsə, bunun ağır nəticələri ilə üzləşəcək.

AzVision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

O xatırladıb ki, Birləşmiş Ştatlar artıq ruslara nüvə silahından istifadənin doğura biləcəyi ciddi nəticələr barədə xəbərdarlıq edib. Prays Vaşinqtonun məlum mövzu ilə bağlı açıq fikirlər səsləndirdiyini vurğulayıb.

Dövlət Departamentinin sözçüsü fikirlərinə onu da əlavə edib ki, Rusiyanın “çirkli bomba”dan istifadə etməsi diktatorun qəddarlığının daha bir nümunəsi olacaq.

“Ukraynanın öz ərazisində "çirkli bomba"dan istifadə etməyə hazırlaşdığı barədə bilərəkdən yayılmış yalan iddiaları da rədd edirik”, - Prays deyib.

O, həmçinin Rusiyaya bu cür ittihamlardan eskalasiya üçün bəhanə kimi istifadə etməməyi məsləhət görüb.

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın "təbliğat maşınları", yerli media Ukraynanın guya “çirkli bomba”dan istifadə etməklə terror aktlarına hazırlaşması barədə xəbərlər yayıb. Qeyd edilir ki, guya Ukrayna hakimiyyəti mütəxəssislərin qarşısına “çirkli bomba” hazırlamaq tapşırığı qoyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR