İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti Tayvana F-16-lar üçün raket satışına razılıq verib

ABŞ Dövlət Departamenti Tayvana F-16 qırıcılarında istifadə olunan raketlərin mümkün satışına icazə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında xarici ölkələrə silah və hərbi texnikanın tədarükünü həyata keçirən təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə agentliyi məlumat yayıb.

ABŞ administrasiyası bu qərarı barədə Konqresi məlumatlandırıb. Qanunverici orqan potensial sövdələşməyə 30 gün müddətində münasibət bildirməlidir.

Bir müddət öncə Tayvan rəsmiləri radar əleyhinə 100 ədəd HARM və hava-hava tipli 200 ədəd AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) raketləri, həmçinin digər sistemlər və ehtiyat hissələri əldə etmək üçün Vaşinqtona sorğu göndərmişdi. Baş tutacağı təqdirdə 619 milyon dollarlıq sövdələşmə adanın hava hücumundan müdafiə qabiliyyətini xeyli artıracaq.

Tayvan 1949-cu ildən bəri özünün xüsusi administrasiyası tərəfindən idarə olunur. Rəsmi Pekin isə adanı Çinin bir əyaləti hesab edir. 2022-ci ilin avqustunda ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfərindən sonra regionda vəziyyət ciddi şəkildə gərginləşib və Çin ordusu Tayvan ətrafında miqyaslı manevrlərə başlayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR