Onlayn ictimai-siyasi qəzet
“Dövlət borcunun ÜDM-ə nisbətinin müəyyən edilmiş hədəflərdən aşağı olması dövlət borcunun həcmi ilə bağlı narahatçılığa əsas yaratmır, əksinə, əlavə fiskal fəzanın mövcudluğunu göstərir”.
Musavat.com bildirir ki, bunu parlamentdəki müzakirələrdə komitə sədri Tahir Mirkişili deyib. O, əlavə edib ki, amma eyni zamanda, dövlət borcunun artmasına təsir edən dövlət qiymətli kağızlarının orta gəlirlilik səviyyəsinin yüksək olması və investorlar şəbəkəsində dövlət büdcəsindən birbaşa və ya dolayı yollar maliyyələşən dövlət təşkilatlarının mövcud olmasını gələcəkdə büdcə fəlsəfəsinə zərər verə biləcək və rəqabət mühitinə təsir edəcək risk faktorları hesab edirik: “Hesab edirik ki, daxili dövlət borcuna xidmətlə bağlı xərclərin azaldılması üçün çoxtərəfli və uzlaşdırılmış tədbirlərin görülməsinə, dövlət büdcəsindən maliyyələşən dövlət təşkilatlarının vəsaitləri hesabına dövlət istiqrazlarının alınmasına isə məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac yaranmaqdadır. Bu istiqamətdə yeni tənzimləmələrin tətbiq edilməsini təklif etmək istərdik”.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ