İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Baxçalı: “Qarşıdakı əsri türk və Türkiyə əsri edəcəyik”

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ülkü Ocaqları iftar proqramında açıqlamalar verib. O, gələcək əsri türklərin və Türkiyənin əsri edəcəklərini deyib.

“Bizdə olmayacaq tək xüsusiyyət təslim olmaqdır. Yeni əsr və yeni Türkiyə arzularımızı gerçəkləşdirəcək. Qlobal müstəvidə demoqrafik, iqtisadi, ekoloji, siyasi və etik müzakirələrin gücləndiyi bir zamanda türklüyümüzün, inancımızın birləşdirici gücünü ortaya qoya bilərik. Kökümüzə və özümüzə dönərək, gələcək yüz ili türk və Türkiyə əsri edəcəyik. Atalarımızın istədiyi də budur”, - siyasətçi bildirib.

O, bu ideya uğrunda şəhid olanları rəhmət və minnətdarlıqla xatırladığını vurğulayıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR