İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Trampa ailəsindən ZƏRBƏ

ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük qızı İvanka artıq daxili siyasətdə iştirak etməyəcəyini və atasının 2024-cü il prezidentlik kampaniyasında rol oynamayacağını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə mühafizəkarlara yaxınlığı ilə bilinən “The New York Post” qəzeti məlumat yayıb.

“Mən atamı çox sevirəm. Lakin bu dəfə kiçik övladlarımı və ailə həyatımı birinci sıraya qoymaq qərarına gəldim. Siyasətlə məşğul olmaq fikrində deyiləm”, – deyə 41 yaşlı İvanka Tramp açıqlamasında bildirib.

O, siyasi səhnədən kənarda hər zaman atasına dəstək olacağını qeyd edib: “Amerika xalqına xidmət etmək şərəfinə nail olduğum üçün atama minnətdaram və administrasiyamızın bir çox nailiyyətləri ilə həmişə fəxr edəcəyəm”.

Məlumata əsasən, Donald Tramp həftə sonu qızı Tiffaninin toyunda İvanka Trampı və həyat yoldaşı Cared Kuşneri prezidentlik yarışında ona qoşulmağa, vahid ailə cəbhəsi yaratmağa razı salmağa çalışırmış.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR