İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp yenidən Amerikanın ən zənginləri siyahısındadır  

Donald Tramp özünün qurduğu sosial media platformasının heyrətamiz uğuru sayəsində bir il sonra yenidən Amerikanın ən zəngin adamları siyahısına geri qayıdıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bu yaxınlarda Nyu-Yorkda 250 milyon dollarlıq mülki fırıldaqçılıq iddiası da daxil olmaqla bir sıra hüquqi problemlərlə üzləşən ABŞ-ın prezidenti öz sərvətini 2,5 milyard dollardan 3,2 milyard dollara qədər artıraraq “Forbes”ın siyahısında 343-cü sırada yer alıb.

“Onun dirçəlişinin kökləri 2021-ci il yanvarın 6-na, ABŞ Kapitolisində Trampın tərəfdarlarının təşkil etdiyi iğtişaşlara gedib çıxır. Həmin hadisədən sonra bir neçə sosial platforma onu həmişəlik olaraq uzaqlaşdırdı. Doqquz ay sonra Tramp yeni şirkətinin, “Trump Media and Technology Group”un qurulduğunu elan etdi və onun əsasında “Truth” Media sosial şəbəkəsini qurdu”,-deyə “Forbes” yazıb

“Forbes” qeyd edir ki, “Trump Media and Technology Group” indi maqnatın ən qiymətli aktivi sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR