Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Təhlükəsizlik Şurasında orduya müqaviləli əsgərlərin cəlb edilməsi üzrə idarələrarası komissiyanın sədri təyin edilib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, yeni təyinat barədə dövlət başçısının sərəncamı hüquqi informasiya portalında dərc olunub.
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusuna müqaviləli hərbçilərin cəlb edilməsi üçün Rusiya Təhlükəsizlik Şurasında idarələrarası komissiya yaradıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini, dərc edilmiş fərmana əsasən, komissiyanın sədri olur. Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov yaradılmış komissiyanın sədr müavini təyin edilib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ