İnsanlara hürriyət, millətlərə istiqlal!

“Diplomatik missiyaya hücumu siyasiləşdirməyin...” – İrandan Azərbaycana cavab

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaani Bakını “qərəzli münasibətdən çəkinməyə və diplomatik missiyaya hücumla bağlı siyasiləşdirilmiş bəyanatlar səsləndirməməyə” çağırıb.

“Turan” agentliyinin yaydığı məlumata görə, nümayəndə əlavə edib ki, “bu acı insidentin bütün aspektlərinə baxılır və o xüsusiləşdirilmiş qaydada diqqətlə öyrənilir”. Kənaani bildirib ki, İran bu təhqiqatın nəticələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının kuluarlarında jurnalistlərin suallarını cavablandırarkən İran hakimiyyətini Azərbaycanın Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham edib: "Biz şəffaf araşdırma tələb edirik. Terrorçunun hücumdan sonra İran KİV-lərinə müsahibələr verməsi onun rəsmi dairələrin nümayəndələri ilə əlaqəli olduğunu göstərir”.

İlham Əliyev İran hakimiyyətinin təhqiqat aparmalı və təkcə terrorçunu yox, həm də onu göndərən həmin rəsmi dairələrin nümayəndələrini cəzalandırmalı olduğunu bildirib. Prezidentin sözlərinə görə, bunsuz İranla münasibətlərimizin normallaşması mümkün deyil.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR