Onlayn ictimai-siyasi qəzet
İsveçli atlet Armand Duplantis şüvüllə tullanmada öz dünya rekordunu qıraraq qızıl medal qazanıb.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Duplantis Türkiyənin milli atıcısı Yusuf Dikeçin ikonik pozasını verib.
Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bakın Duplantisə xitabla “Olimpiya rekordunu qırsan da, Yusufu örnək götürürsən” paylaşımı sosial media istifadəçilərinin sərt reaksiyasına səbəb olub.
İdman nazirinə ünvanlanan əsas tənqid odur ki, indiyədək türkiyəli idmançılar biri gümüş, digəri isə bürünc olmaqla cəmi iki medal qazanıb. Bu göstərici ilə Türkiyə ölkə reytinqində 52-ci yerdədir.
İlk üçlükdə ABŞ, Çin və Fransa qərarlaşıb.
Ona görə də nazirin milli atıcı Yusuf Dikeçin verdiyi və dünyada populyarlaşan pozaya görə qürrələnməsi sosial media istifadəçilərinin xoşuna gəlməyib.
Qeyd edək ki, 6.25 göstərici ilə Duplantis Rio-2016-da braziliyalı Tyaqo Brazın 6.03 metrlə müəyyən etdiyi olimpiya rekordunu qırıb. Duplantis eyni vaxtda Çində Almaz Liqasında da qızıl medal qazanaraq öz dünya rekordunu (6,24) yeniləyib.
Sosial şəbəkələrin Türkiyə seqmentinin istifadəçiləri medal sıralamasında ölkənin Şimali Koreyadan geridə olduğuna diqqət çəkiblər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ