Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti Litvada yerləşən alman briqadasını 12 min döyüş dronu ilə təchiz etmək üçün 3 müdafiə şirkətinə 900 milyon avro ayırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
Məlumata görə, bu şirkətlərin hamısı Ukrayna silahlı qüvvələri ilə əməkdaşlıq edir.
Məlumata əsasən, hər biri 300 milyon avro dəyərində olan müqavilələr Bundestaqın büdcə komitəsinin təsdiqindən sonra iki startapa və Avropanın ən iri silah istehsalçısı, Almaniyanın müdafiə sənayesinin nəhəngi "Rheinmetall" şirkətinə veriləcək.
"Rheinmetall" sentyabr ayında ilk döyüş dronunu təqdim etmişdi.
Digər tərəfdən, startap şirkətləri "Helsing" və "Stark" pilotsuz uçuş texnologiyalarında ixtisaslaşıb.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ