İnsanlara hürriyət, millətlərə istiqlal!

DGK narkoloji analizdən keçməyən gömrükçülərin işdən çıxarılmasına münasibət bildirdi

Dövlət Gömrük Komitəsi (DGK) narkoloji analizlərdən keçməyən gömrük əməkdaşlarının işdən çıxarılmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür:

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür.

Xatırladaq ki, dünən bir sıra KİV-lərdə Dövlət Gömrük Komitəsinin sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarması ilə bağlı məlumatlar dərc edilib. Məlumata görə, sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib. Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb. Ş.Bağırov onları işdən azad edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR