İnsanlara hürriyət, millətlərə istiqlal!

"Der Spiegel": İranın molla rejimi qəddar üsullara əl atıb

Almaniyada çıxan "Spiegel" nəşri bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib.

Musavat.com xəbər verir ki, "Spiegel" "İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam etdirirlər" başlıqlı yazısında iranlı qadın və kişilərin hökumətə qarşı mübarizədə üzləşdiyi çətinlikləri araşdırıb.

Məqalədə "Spiegel" bir müddət öncə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və azadlığa çıxmış bir İran vətəndaşından müsahibə alıb, siyasi məhbuslara və onların ailələrinə qarşı işgəncə və zorakılığın bəzi üsullarına diqqət çəkib.

"Spiegel"ə müsahibə verən iranlı bir kişi deyir: “Uzun müddətdir ki, hər gecə yuxuda görürəm, məni zorlayırlar”.

Dünya mediası İran rejiminin etirazçılara qarşı törətdiyi vəhşiliklərin yalnız kiçik bir hissəsindən xəbərdardır.

"Spiegel" dini hakimiyyətə qarşı mübarizənin əzablarına toxunub və Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib.

Bu gün İran xalqı hesab edir ki, İranda iki “biz” var. Bir “biz” mollalar və hökumət, digər “biz” isə xalqdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR