İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlardan Rusiyaya etiraz və çağırışlar

 

Sahib Alıyev: “Bağışlasınlar, bu oyun olsa da, qətiyyən böyük yox, kiçikdən kiçikdir”

Ceyhun Məmmədov: “Rusiya bu öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana təzyiqləri artırmalıdır”

“10 noyabr üçtərəfli bəyanatının imzalanmasınının 2 illiyi ərəfəsində Moskvanın belə bir görüşün təşkilində israrlı olması, deyə bilmərəm ki, yaxşı haldır, amma maraqlıdır. O baxımdan maraqlıdır ki, bu bəyanada əksini tapan iki mühüm maddə yerinə yetirilməyib və bunun da səbəbkarları həmin sənədin altında rəhbərlərinin imzası olan iki ölkədir-Rusiya ilə Ermənistan”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. O bildirdi ki, məhz Rusiya və Ermənistanın öz öhdəliklərinə əməl etməməmələri səbəbindən hay qanunsuz silahlı birləşmələri hələ də Qarabağda qalmaqdadır, Zəngəzur dəhlizinin açılması da ləngidilir: “Demirəm sual altındadır, deyirəm ləngidilir. Bəzilərinin maneçilikllərinə, Qafanda tövləyə bənzər nəsə tikib ora bir neçə xəfiyyə yerləşdirmələrinə baxmayaraq, o dəhliz ya açılacaq, ya açılacaq.

Deputat Sahib Alıyev koronavirusa yoluxub

Rusiyanın keçirilməsini planlaşdırdığı görüşdən isə bunun hansı fonda baş verdiyini görüb də önəmli nəsə gözləmirəm. Mənim nəzərimdə önəmli olan cənab İlham Əliyevin Gürcüstana bir növ belə demək mümkünsə eksklüziv xarakterli işgüzar səfəri, orada Güney Qafqazın üç ölkəsinin gələcək əməkdaşlıq və inteqrasiya ilə bağlı məsləhətləşmələrə başlamaları təklifini səsləndirməsi idi. Və ABŞ-ın Gürcüstandakı səfirinin buna dərhal reaksiya veirib müsbət addım kimi qiymətləndirməsi də göstərir ki, Gürcüstan baş nazirnin də bildirdiyi kimi Prezident İlham Əliyevin bu ayın əvvəlində Praqada irəli sürdüyü və Mçxetada Muxrani sarayında təkrarladığı Güney Qafqazda əməkdaşlıq formatı təşəbbüsü qərbdə də dəstəklənir. Həm də ona görə ki, başqa variantların keçməyəcəyinin yaxşı fərqindədirlər”.

Amma S.Alıyev bildirdi ki, görünür, Rusyada hələ bunun fərqində deyillər: “Yoxsa bir tərəfdən dövlət kanalında Azərbaycanın torpaq bütünlüyünü təhdid edən veriliş yayımlayıb, sıx kontrolları altında olan digər media resurslarında da Qarabağla bağlı cəfəng ideyalar irəli sürüb, Vardanyan soyadlı bir dələduzu orada yaşayan hayların reinteqrasiyasının qarşısını almağa göndərib, ekspertlərinin dilindən Paşinyanı təslimçilikdə və Rusiyanın maraqlarına böyük zərbə vurmaqda suçlandırıb, sonra da guya sülh danışıqları təşkil etmək necə bir araya sığa bilər? Bağışlasınlar, bu oyun olsa da, qətiyyən böyük yox, kiçikdən kiçikdir”.

Deputat bildirdi ki, Azərbaycan birinci dəfə deyil bu cür oyunlarla üzləşir, amma atılan cavab addımları nəticəsində hələ onlardan birinin də oynayana uğur gətirdiyini görməmişik: “Əminliklə deyirəm ki, yenə görməyəcəyik, çünki cavab addımı artıq atılıb”.

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və  təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən

Deputat Ceyhun Məmmədov isə Rusiyadakı görüşlə bağlı bunları söylədi: “Qeyd etmək lazımdır ki, Azərbaycan 10 noyabr razılaşması, eləcə də digər görüşlərdə razılaşdırlan məsələlərlə bağlı üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Ermənistan isə davamlı olaraq üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən imtina edir. Bu baxımdan hesab edirəm Rusiyanın vasitəçiliyi ilə təşkil ediləcək növbəti görüş Ermənistan üçün çətin olacaq. Paşinyandan bu öhdəlikləri nə üçün yetirmədiyi mütlə soruşulacaq. Eyni zamanda hesab edirəm ki, Rusiya bu öhdəliklərin yerinə yetirilməsi üçün Ermənistana təzyiqləri artırmalıdır. 10 Noyabr razılaşmasından 2 il ötür. Hələ də Zəngəzuru dəhlizi açılmayıb, qeyri-qanuni erməni silahlı qüvvələri Qarabağı tam tərk etməyib”.

C.Məmmədov dedi ki, Azərbaycan uzun illər Ermənistanı gözləmək niyyətində deyil: “Bu məsələlər həllini tapmalıdır. Yox, əgər həllini tapmasa, Azərbaycan öz torpaqlarını azad etmək üçün digər yollara əl atmaq məcburiyyətində qalacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR