İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar zəlzələ bölgəsinə yardım göndərdilər - Fotolar

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı Azərbaycanda yardım kampaniyası davam edir. Milli Məclisin deputatları da Türkiyəyə yardım kampaniyasında aktiv iştirak edirlər. Hadisədən dərhal sonra parlamentarlar bank hesablarına vəsaitlər köçürüblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və ssaahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatlar və əməkdaşlar tərəfindən Türkiyəyə yardım kampaniyasına start verilib. Eyni zamanda deputatlar Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasına da qoşulacaq. “Azərbaycan cəmiyyəti heç zaman Türkiyədə baş verənlərə biganə qalmadığı kimi, bu gün də həm Azərbaycan dövləti, həm cəmiyyət, həm vətəndaşlar bu faciə ilə bağlı türkiyəli qardaşlarımızın yanında olmağa, əlindən gələni etməyə çalışır. Komitə sədri zəlzələ dəhşətlərinin miqayasının olduqca geniş olduğunu bildirib. “Biz inanırıq ki, qardaş Türkiyə, Azərbaycan və digər müttəfiqləri ilə birlikdə həmişə olduğu kimi, bu çətinliklərin də öhdəsindən gələcək. İnşallah bird aha belə bir faciənin yaşanmaması ümidi ilə biz də əlimizdən gələni edirik”-T.Mirkişi bildirib. “Azərbaycan vətəndaşlarının Türkiyəyə qardaş yardımı dayanmır. Türkiyənin sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir!”-komitə sədri əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və ssaahibkarlıq komitəsinin bir qrup üzvü bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində -yardımların mərkəzləşmiş qaydada toplandığı ünvanda olublar. Deputatlar yük maşını ilə gətirdikləri yardımları özləri daşıyaraq Kompleksə təhvil veriblər. Sosial şəbəkədə yayılan fotolardan görünür ki, Tahir Mirkişili, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Anar Məmmədov, Rəşad Mahmudov, Etibar Əliyev, İqbal Məmmədov, Məşhur Məmmədov yardım edənlər sırasındadır.

Deputat Elnur Allahverdiyev social şəbəkədəki paylaşımında qeyd edib ki, bu gün həmkarları ilə birlikdə Bakı İdman Sarayında Türkiyədə zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza yardım məqsədilə təşkil edilən kampaniyanın gedişi ilə tanış olublar: “Könüllülərimizə dəstək verdik, onları ruhlandırdıq. Sağolsun gənclərimiz, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub canla-başla vətəndaşlıq borcunu yerinə yetirirlər. Xalqımızın belə mütəşəkkil surətdə, könüllü, səmimi şəkildə bu ümummilli aksiyaya qoşulması hər bizimizi fərəhləndirir. Bu birlik bizim qürur mənbəyimizdir”. Deputat qeyd edib ki, eyni zamanda onlar aksiya təşkilatçıları ilə söhbət etdib, prosesin gedişatını izləyilbər, gətirdikləri yardımları bu ünvana çatdırıblar: “İdman sarayının zalı son iki gündə dəfələrlə dolub-boşalıb. Gətirilən yardımlar xüsusi yoxlanışdan sonra səliqəli formada təyinatı üzrə qutulara yerləşdirilir və qardaş Türkiyəyə göndərilir. Əminəm ki, Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq. Türkiyənin acısı acımız, sevinci sevincimizdir!”

MM-in komitə sədri Tahir Mirkişili Musavat.com-a açıqlamasında bildirdi ki, bundan əlavə, generatorlar, çadırlar, həmçinin digər ən zəruri tələbat mallarını öz maaşları hesabına alıb, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR