İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SƏRT SÖZLƏR: “Övladlarını Rusiya üçün hazırlayırlar, yoxsa...” – VİDEO

“Rusdilli məktəblərdə oxuyan azərbaycanlı uşaqların danışıq dili küçə-bazar, ev-eşik dilidir, ədəbi dil deyil. Biz müstəqil dövlətik, müstəqilliyə, qanunlarımıza hörmət etmək lazımdır”.

Musavat.com xəbər verir ki, bu sözləri SÖZ.AZ-ın “5 sual” rubrikasında qonaq olan millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus dilində oxutmaq arzusuna sərt münasibət bildirib: “Uşaqlarını rusdilli məktəblərə həvəslə qoyurlarsa, belə çıxır ki, onları Rusiya üçün hazırlayırlar, ya da müstəqilliyi müvəqqəti sayırlar, gələcəyə inamları yoxdur... Rusiyanı yenidən bura gətirməyi düşünürsən? SSRİ bərpa olunacaq və ruslar bura gələcək? Daha sonra həmin şəxslər tələb edəcəklər ki, rus dili Azərbaycanda ikinci dövlət dili olsun. Müstəqillik uğrunda bu qədər qan tökülüb, mübarizə aparılıb. Niyə bunu başqalarının ayağının altına atmısınız?”.

Rüstəmxanlının “Azəri” sözü, rus dili, qiymət artımı, deputat mandatı haqda fikirləri ilə daha ətraflı aşağıdakı videomaterialdan tanış ola bilərsiniz:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR