Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ideoloji fəallarla görüşdə ölkəyə gələcəkdə rəhbərlik edə biləcək potensial varislər axtardığını açıqlayıb.
Musavat.com xəbər verir ki, o bildirib ki, çox sayda namizədi nəzərdən keçirsə də, hazırda bu yükü daşıya biləcək şəxsi görmədiyini deyib:
“Yeni adamın prezident olması üçün vaxt lazımdır, əgər o doğulmayıbsa. Təbiətən prezidentlik keyfiyyətin yoxdursa, Belarus siyasətinə girmə.”
Lukaşenko vurğulayıb ki, ölkənin ətrafında vəziyyət gərgin olaraq qalır və bu şəraitdə Belarusa “mütləq barıt iyi duymaqdan keçmiş möhkəm kişi” lazımdır.
Onun sözlərinə görə, qadınlara böyük hörmət bəsləsə də, bu gün onları “isti tavaya atmaq” düzgün deyil.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ