İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat ölkəmizin adının dəyişdirilməsini təklif etdi

Milli Məclisin plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev öncə İranda pozulan insan hüquqlarından bəhs edib. Həmçinin Azərbaycan türklərinin təbii haqlarından məhrum edildiyini bildirib. Ardınca deputat ilginc təkliflə çıxış edib. Bildirib ki, ölkəmizdə konstitusiya hazırlanmalı və referendumda qəbul olunmalıdır: “İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.

Deputat dedi ki, İrandakı rejim Bakını işğalla hədələməklə diqqəti daxildəki problemlərdən yayındırmağa cəhd edir. Vaxtilə deyirdilər ki, Kərbəlanı azad edib, sonra Yerusəlimi azad edəcəyik. Indi də Bakını təhdid edilər.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR