İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Mən artıq bir sıra nazirliklərə müraciət etmirəm, xeyri yoxdur”

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi.

Deputat Fazil Mustafa çıxışında Ombudsmanın səlahiyyətlərinin artırılması zərurətindən danışdı. O, həmkarı Zahid Orucun fikirlərinə reaksiya verdi: “Burada Zahid bəy dedi ki, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov olsaydı, gətirib ölkəyə kapital qoyardı. Qətiyyən qoymazdı”.

F.Mustafa sahibkarların problemlərinin kifayət qədər olduğunu, onların həlli istiqamətində dövlət başçısı, Milli Məclis səviyyəsində addımlar atılsa da, kiçik və orta sahibkarların problemlərdən xilas ola bilmədiyini söylədi: “Ombudsmana da yüzlərlə müraciətlər edilir. Ombudsman da sənədləşdirir, lazımi ünvanlara göndərir. Amma heç bir tədbir görülmür. Qanun pozuntuları aradan qaldırılmır. Çünki Ombudsmanın səlahiyyətləri əlavə addıma imkan vermir”.

Daha sonra deputat məmurların biganəliyindən də bəhs etdi: “Mən artıq millət vəkili olaraq bir sıra nazirliklərə müraciət etmirəm, xeyri yoxdur. Biz kimisə tənqid edəndə deyirlər şəxsi xahişə baxılmayıb deyə, tənqid edirlər. Amma reallıq budur ki, biz ölkənin maraqları baxımından heç bir addımı atmaq imkanına malik deyilik”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR