İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Klimov Kadırova meydan oxuyur – kilimarası edilməkdən də qorxur

Çeçenistan rəhbəri Ramzan Kadırovdan RF-nin baş müstəntiqi (İstintaq Komitəsinin rəhbəri) Aleksandr Bastrıkindən üzr istəməsini tələb edən Krasnodar deputatı Sergey Klimov Kadırovla şəxsi görüşə hazır olduğunu bildirib.

Musavat.com Aif.ru-ya istinadla xəbər verir ki, o, bu barədə “Rise” nəşri ilə söhbətində bildirib.

Xatırladaq ki, dekabrın 4-də Ramzan Kadırov Moskvada yoldan keçənləri döyməkdə təqsirləndirilən 14 yaşlı Müslüm (Roma) Murdiyevə qarşı məhkəmə prosesini canlı efirdə şərh edib. Barəsində cinayət işi açılan və ev dustaqlığına göndərilən yeniyetməni müdafiə edən Kadırov bildirib ki, Bastrıkin və daxili işlər naziri Vladimir Kolokoltsev öz yerlərində deyillər.

Klimov isə əmindir ki, “güclü insanlar səhvlərini necə etiraf etməyi bilirlər”.

"Mən gözləyirəm ki, Çeçenistan rəhbəri həyəcanlandığını və Rusiya Federasiyasının hüquq-mühafizə sisteminin ona tabe olmadığını deyəcək və ya yazacaq”, - Klimov deyib.

Deputat onu da qeyd edib ki, Kadırovu ağlı başında olan, tələskən hərəkət etməyəcək insan hesab etdiyi üçün mümkün nəticələrdən qorxmur. Klimovun sözlərinə görə, nə özü, nə də Kadırovun ifadələrindən narazılığını bildirən həmkarı Sergey Kusmakov inciklik üçün səbəb verməyiblər və onu təhqir etməyiblər.

“Əgər Ramzan Kadırov bizimlə danışmaq istəsə, bu təklifi məmnuniyyətlə qəbul edəcəyik. Amma əsas odur ki, bu, bizim həyatda sonuncu söhbətimiz deyil”, - deyə Klimov yekunlaşdırıb.

Qeyd edək ki, Ramzan Kadırov Rusiyada xüsusi imtiyaza malik olan şəxsdir və o, yalnız prezident Putinlə hesablaşır, federal instansiyaların rəhbərləri ilə ötkəm davranır.

Ona qarşı çıxış edən deputatlar isə, görünür, kiminlə dirəşdiklərini az-çox bilirlər, ona görə də “biz onu təhqir etməmişik” deyə açıqlama verirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR