İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Fransanın məkrli, təxribat xarakterli addımları qəbuledilməzdir"

"Fransa bu qətnamə ilə prosesdə hər hansı rol oynadığını göstərməyə çalışır. Eyni zamanda Fransanın dünyada gedən siyasi proseslərdə də fəal olduğunu göstərməyə cəhd edir".

Bu fikirləri deputat Ceyhun Məmmədov Musavat.com-a Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən bildirib. Deputat qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan arasında keçmiş münaqişənin həllinin onun iştirakı olmadan mümkün olmadığını göstərmək niyyətindədir:

" Ermənistanın yanında olduğunu ermənidən daha çox erməni kimi davranaraq göstərir. Fransa prosesdə vasitəçi kimi iştirak edə bilməz,çünki məlum qətnamə BMT-nin qətnamələri, beynəlxalq hüquqla ziddiyət təşkil edir. Dostluq qruplarının rəhbərləri, üzvləri olan Milli Məclis üzvləri qətnamə ilə bağlı sərt münasibət göstərməyə başlayıblar. Fransanın məkrli, təxribat xarakterli  addımları qəbuledilməzdir, ikitərəfli münasibətlərə xələl gətirir. Belə olan təqdirdə Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vasitəçi ola bilməz. Fransa aşkar şəkildə Ermənistanın tərəfini saxlayır, dəstək nümayiş etdirir. Son proseslər göstərir ki, Makronun məqsədi kiçik bacıya böyük bacının dəstəyini göstərməkdir.  Yeri gəlmişkən, prezident İlham Əliyevin Şuşadakı çıxışı zamanı qeyd etdiyi bir məqamı çatdırmaq istərdim: "Azərbaycan öz məqsədlərinə doğru irəliləyəcək". Biz öz torpaqlarımızdayıq, heç kimin torpağını işğal etməmişik. Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir. Qarabağda yaşayan vətəndaşlar bizim vətəndaşlarımızdır. Fransa imkan versə, iki xalq daha tez zamanda münasibətlərini normallaşdır bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR