İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz nənəsinin dərmanlarını içibmiş...- VİDEO

Xəbər verdiyimiz kimi, Beyləqanda 5 yaşlı Dəniz Tahirli şəkər və təzyiq dərmanları udduğu üçün zəhərlənərək ölüb. 

Musavat.com-un “ATV”yə istinadən məlumatına görə, hadisə gecə saatlarında, azyaşlı nəzarətsiz olan zaman baş verib.

Belə ki, Dəniz nənəsinin dərmanlarını udaraq zəhərlənib.

Azyaşlının qohumunun sözlərinə görə, hadisədən 15-20 dəqiqə sonra valideynləri Dənizin zəhərləndiyini bilib:

“Bilmədən nənəsinin şəkər dərmanlarını yeyib. Evin kiçik uşağı valideynlərinə deyib ki, bacısı dərman yeyib. Onu dərhal xəstəxanaya aparıblar. Yarım saatdan sonra isə uşaq dünyasını dəyişib”.

TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, uşağın ölüm faktı qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR