Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bolu Kartalkaya Kayak Mərkəzində yerləşən 12 mərtəbəli "Grand Kartal" otelində baş verən yanğında ölənlərin sayı 76-ya yüksəlib.
Musavat.com xəbər verir ki, həmin vaxt oteldə 237 nəfər olub. yanğının gecə baş verməsi fəlakətin miqyasını daha da artırıb.
Yanğın zamanı bəzi müştərilər qorxu içində pəncərələrdən atlanıblar. Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya hadisə ilə bağlı açıqlamasında bildirib ki, yanğın tamamilə söndürülüb, arama və axtarış işləri yekunlaşıb.
“Yanğının səbəbi hələ müəyyən edilməyib. Təəssüf ki, 76 vətəndaşımız həyatını itirib. Bu acını sözlə ifadə etmək mümkün deyil,” – deyə nazir vurğulayıb.
Hadisənin səbəblərinin araşdırılması və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi üçün genişmiqyaslı istintaq başladılıb. Yanğının detalları ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanması gözlənilir.
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ