Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün irimiqyaslı qoşun göndərəcək. Bu barədə Cənubi Koreyanın kəşfiyyat agentliyi məlumat yayıb. Bildirilib ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün xüsusi təyinatlılar da daxil olmaqla 12 min əsgərdən ibarət dörd briqada göndərmək qərarına gəlib.
Ukraynada tammiqyaslı müharibə Vladimir Putinin təcrid olunması və digər tərəfdaşlar tərəfindən diplomatiyaya yönəldilməsi ilə başa çata bilər.
“AzPolitika” xəbər verir kki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Finansial Times”-a müsahibəsində deyib.
Prezident qeyd edib ki, NATO-ya dəvəti Ukraynanın müharibəni bitirmək üçün diplomatik imkanlarını gücləndirəcək: “Biz (NATO-ya) dəvət olmadan çox güclü ola bilmərik... Bu müharibə Putin təcrid ediləndə və digər tərəfdaşlar tərəfindən diplomatiyaya sövq ediləndə sona çatacaq”.
Ukrayna liderinin sözlərinə görə, ölkəsinin NATO-ya dəvət edilməsi Ukrayna xalqının və əsgərlərinin ruhunu yüksəldəcək: “Dəvət NATO-ya doğru daha bir addım və onların övladlarının ölməyəcəyi deməkdir. Əgər NATO-ya dəvət almasaq, ruh yüksəkliyi düşəcək”.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Mehman İsmayılovdur.
Müzakirədə tamaşaçılarımız da iştriak edə bilər.
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ