İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ FACİƏ: 14 yaşlı yeniyetmə dostunu güllələyərək öldürdü

Türkiyənin Diyarbakır şəhərində 14 yaşlı yeniyetmə tüfənglə ehtiyyatsız davranarkən 16 yaşlı dostunun ölümünə səbə olub.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı araşdırmaya başlayan jandarma yeniyetmə E.K.-ni ifadəsini almaq üçün saxlayıb.

Əldə edilən məlumata görə, E.K.  və Mehmet Ekici özləri ilə ov tüfənglərini götürərək piknik etmək üçün saat 12:00 radələrində kəndi tərk ediblər.

14 yaşlı E.K. oynadığı tüfənglə təsadüfən dostu Mehmet Ekicini vuraraq öldürüb. Məhkəmə Tibb Ekspertiza meyitxanasına aparılan Ekici prosedurlardan sonra dəfn olunmaq üçün ailəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmaya başlayan jandarma qrupları E.K.-ni ifadəsinin alınması üçün saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR